Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
18 saat əvvəlBakıda bu yol da tam bağlanır
02 Avqust 2024 14:31 | Baxış sayı: 341
Avqustun 5-də saat 06:00-dan avqustun 7-si saat 09:00-a qədər Bakının Səbail rayonunun Zərifə Əliyeva küçəsində (Aleksandr Puşkin küçəsindən Kövkəb Səfərəliyeva küçəsinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.