Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
18 saat əvvəlBakıda FACİƏ: 35 yaşlı kişi...
27 Avqust 2024 07:13 | Baxış sayı: 304
Bakıda qatar piyadanı vuraraq öldürüb.
AJMEDİA.İNFO bildirir ki, hadisə avqustun 21-də qeydə alınıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, 1989-cu il təvəllüdlü Pərviz Mustafayevin Binəqədi rayonu ərazisində dəmir relsinin üzərindən piyada keçərkən teplovozun(qatar) ehtiyatsızlıqdan onu vurması nəticəsində almış olduğu xəsarətlərdən avqustun 26-da xəstəxanada ölüb.Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.İbtidai istintaq davam etdirilir.(Sfera.az)