Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
14 saat əvvəlBakıda məşhur restoranda YANĞIN - VİDEO
05 İyul 2024 14:51 | Baxış sayı: 421
Nizami rayonunda yerləşən binalardan birində baş vermiş yanğın zamanı bir qadın tüstüdən zəhərlənib.
AJMEDİA.İNFO "Qafqazinfo"ya istinadən xəbər verir ki, polis əməkdaşları tüstüdən boğulan, ölüm təhlükəsi ilə üz-üzə qalan qadını vaxtında tibb müəssisəsinə çatdırıblar.
Həkimlərin müdaxiləsindən sonra onun həyatı xilas edilib.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 15:30-da Nizami rayonundakı məşhur restoranlardan birində yanğın baş verməsi səbəbi ilə çağırış daxil olub.
“Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərə yerində yardım göstərilib”.