Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
15 saat əvvəlBakıdan Qarabağ ermənilərinə Ağdam-Xankəndi yolu ilə YARDIM GÖNDƏRİLİR
29 Avqust 2023 06:00 | Baxış sayı: 893
“Bu gün bizim humanitar karvanımız yola düşəcək. Biz Ağdam-Xankəndi yoluna yollanacağıq”.
AJMEDIA/INFO “report.az”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan deyib.
Onun sözlərinə görə, ilkin mərhələ üçün 40 ton un məmulatları göndəriləcək:
“Ümid edirik ki, bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”. Bizim.Media