Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
8 saat əvvəl“Bandotdel”dən ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO
16 İyul 2024 13:07 | Baxış sayı: 1017
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib.
Bu barədə AJMEDİA.İNFO-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, tədbirlər zamanı əməliyyat yolu ilə saxlanılan 8 nəfərdən 5 avtomat, 2 tapança, 1 lüləsi-qundağı kəsilmiş “Toz-8” tüfəngi və 170 ədəd patron aşkarlanıb.İdarə əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyatlar zamanı isə əvvəllər məhkum olunmuş Surac Əliyev, Mehman Ağasıyev, Laçın Mustafayev, Emil Əliyev və Məhərrəm Seyidov saxlanılıblar.
Həmin şəxslərdən 35 kiloqram marixuana, heroin, eləcə də çəkisi 43 kiloqram olan 228 ədəd kultivasiya yolu ilə xüsusi qulluq edilərək yetişdirilən çətənə kolu aşkarlanıb.Faktlarla bağlı Baş İdarədə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.