Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
12 saat əvvəlBaş nazirin bacısı və nəvəsi zəlzələdə ÖLDÜ
06 Fevral 2023 11:00 | Baxış sayı: 725
Suriyanın Baş naziri Hüseyn Arnusun bacısı Nəsub Arnus Həma şəhərindəki zəlzələ zamanı binanın uçması nəticəsində dünyasını dəyişib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Suriyanın “Əl-Vatan” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, zəlzələ nəticəsində baş nazirin nəvəsi də həlak olub.
Fevralın 6-da Suriyada baş verən dağıdıcı zəlzələ nəticəsində 320-dən çox adam həlak olub, 1000-dən çox yaralanan var.