Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
8 saat əvvəl“Baydenin Ukraynanın NATO-ya üzv ola biləcəyini deməsi müharibəni başlatdı”
14 Fevral 2025 09:00 | Baxış sayı: 472
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin başlamasının səbəbinin sələfi Co Baydenin ölkənin NATO-ya qəbul ediləcəyi ilə bağlı bəyanatı olduğunu bildirib.
AJMEDİA.İNFO xəbər verir ki, bunu Ağ Evin rəhbəri jurnalistlərlə söhbəti zamanı qeyd edib.
“Mən Rusiyanın mövqeyində olan bir ölkənin Ukraynanın NATO-ya üzv olmasına icazə verə biləcəyini ehtimal etmirəm. Əslində, mən hesab edirəm ki, Baydenin çıxıb Ukraynanın NATO-ya üzv ola biləcəyini deməsi müharibənin başlamasına səbəb oldu. Halbuki, o, bunu deməməli idi”, - Tramp bildirib.