Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
14 saat əvvəlBayramov və Blitşteyn Qəzzada vəziyyəti müzakirə ediblər
24 İyul 2024 15:14 | Baxış sayı: 515
İyulun 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Yakov Blitşteyni qəbul edib.
Görüş zamanı ikitərəfli və çoxtərəfli münasibətlərin müxtəlif aspektləri, o cümlədən iki ölkə arasında iqtisadi, təhlükəsizlik, yüksək texnologiyalar, təhsil, turizm, energetika, nəqliyyat və digər istiqamətlərdə əməkdaşlığın cari vəziyyəti və perspektivləri, həmçinin Qəzzada vəziyyət barədə geniş müzakirə aparılıb.
Ceyhun Bayramov qarşı tərəfə postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verib.
Görüş çərçivəsində digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.