Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
Cümə axşamı 13:01Belarusdakı nüvə silahları Polşa ilə sərhədə yaxın yerləşdiriləcək
02 Aprel 2023 19:59 | Baxış sayı: 567
“Belarusdakı nüvə silahları Polşa ilə sərhəd yaxınlığında yerləşdiriləcək”.
Bunu Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov deyib.
Onun sözlərinə görə, iyulun 1-dək Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi üçün anbar hazırlanacaq.
“O, bizim Birlik Dövlətimizin qərb sərhədlərinə köçürüləcək və təhlükəsizliyimizi təmin etmək imkanlarını artıracaq. Bu, Avropa və ABŞ-dakı səs-küyə baxmayaraq həyata keçiriləcək”.