05 May 2025
Berluskoni vəfat edib

Berluskoni vəfat edib

Berluskoni vəfat edib

12 İyun 2023 13:45 | Baxış sayı: 468

İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni iyunun 12-də Milanda xəstəxanada 87 yaşında vəfat edib.

Bu barədə məlumatı İtaliyanın "Corriere della Sera" qəzeti yayıb.

Qeyd edək ki, Silvio Berluskoni bu il aprel ayının əvvəlində pnevmoniya ilə xəstəxanaya yerləşdirilmişdi. O, xroniki leykozdan əziyyət çəkirdi. Xəstəliklə əlaqədar olaraq kimyaterapiya müalicə kursu keçmişdi. Daha sonra Berluskoni bir aydan çox Milanda "San Raffaele" klinikasında qalıb. İyunun 9-da yenidən xəstəxanaya yerləşdirilib.

S.Beluskoni 1936-cı il sentyabrın 29-da İtaliyanın Milan şəhərində anadan olub. O, dörd dəfə - 1994-1995, 2001-2005, 2005-2006, 2008-2011-ci illərdə İtaliya Nazirlər Sovetinin sədri (ölkənin Baş naziri) olub.