Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
18 saat əvvəlBəzi rayonlarda hava yağıntılı olub - FAKTİKİ HAVA
16 Yanvar 2025 10:40 | Baxış sayı: 353
Saat 9:30-a olan məlumata əsasən bəzi şimal və şərq rayonlarında hava şəraiti arabir yağıntılı olub.
Bu barədə AJMEDİA.İNFO-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Astara, Lənkəranda 6, Neftçala, Oğuzda 4, Şamaxı, Qobustanda 3, Qəbələ, Göyçay, Balakən, Zaqatala, Şəki, Quba, Qrız, Biləsuvar, Şabran, Xaçmaz, Cəlilabadda eyni zamanda Bakıda və Abşeron yarımadasında 2 mm qeydə alınıb.
Yevlax, Göyçay, Lerik, Xaltan, Quba, Qusar, Qobustan, Şamaxı, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Şəmkir, Naftalan, Göygöl, Naxçıvan, Sumqayıt, Qax, Qrızda duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək şaxtadır.