Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
19 saat əvvəlBlinken: “ABŞ Çinin öz bazalarını xaricdə yerləşdirmək səylərini çətinləşdirir”
12 İyun 2023 23:23 | Baxış sayı: 604
Amerika Birləşmiş Ştatları Çinin xaricdə yeni hərbi və ya kəşfiyyat obyektləri yerləşdirmək səylərini çətinləşdirib.
Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
“Əldə etdiyimiz məlumata görə, 2019-cu ildən bəri Çin Kubada məlumat toplama imkanlarını təkmilləşdirir. Atdığımız hər addımdan danışa bilmərəm, amma istənilən strategiya diplomatiyadan başlayır. Biz Pekin bazalarına ev sahibliyi etməyi düşünən yüksək səviyyəli hökumətlərlə əlaqə saxlamışıq. Ekspertlərimiz hesab edir ki, bizim diplomatik səylərimiz Çinin səylərini dayandırıb”-deyə, o bildirib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar həm ölkə daxilində, həm də xaricdə bütün təhlükəsizlik öhdəliklərini yerinə yetirə biləcəyinə əmindir.