Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
19 saat əvvəlBlinken Səudiyyə Ərəbistanının XİN başçısı ilə Sudandakı vəziyyəti müzakirə edib
05 May 2023 23:33 | Baxış sayı: 513
Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan Əl Səud və ABŞ dövlət katibi Entoni Blinken Sudandakı vəziyyəti, o cümlədən ordu ilə Xüsusi Qüvvələr arasında şənbə günü Ciddədə baş tutması gözlənilən danışıqları müzakirə ediblər.
Bu barədə TASS məlumat yayıb.
“Telefon danışığı zamanı nazirlər Sudan Respublikasında baş verən son hadisələri müzakirə edərək, hərbi əməliyyatların və zorakılığın dayandırılmasının vacibliyini vurğuladılar”, - deyə bildirilib.
Qeyd olunub ki, ABŞ-Səudiyyə vasitəçiliyi “regionda gərginliyin azaldılması, həmçinin Sudanda təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün zəruri olan dialoqa yol açacaq”.