Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
20 saat əvvəlBoksçumuz 1/4 finalda
30 İyul 2024 15:40 | Baxış sayı: 386
Azərbaycanın boksçusu Murad Allahverdiyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.
80 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində misirli Abdelrahman Abdelcavvadla üz-üzə gəlib.
Rəqibini üstələyən idmançımız 1/4 finala adlayıb. O, bu mərhələdə avqustun 2-si, qazaxıstanlı Nurbek Oralbayla üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın digər boksçusu Alfonso Dominqes 1/4 finala yüksəlmişdi.