Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
19 saat əvvəlBritaniya səfiri: Mina təhlükəsinə qarşı mübarizədə Azərbaycanla işləməyə davam edəcəyik
02 Avqust 2024 15:00 | Baxış sayı: 339
Mina təhlükəsinə qarşı mübarizədə Azərbaycanla işləməyə davam edəcəyik.
Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Qazax rayonunun Qızılhacılı kəndində 4 nəfərin mina partlayışı nəticəsində xəsarət alması ilə bağlı "X" hesabındakı paylaşımında qeyd edib.
"Qızılhacılı kəndində mina partlayışı nəticəsində DSX və ANAMA əməkdaşlarının yaralanma xəbərindən çox təəssüfləndim. Onlara tezliklə sağalmalarını arzulayıram. Mina təhlükəsinə qarşı mübarizədə Azərbaycanlı tərəfdaşlarımızla işləməyə davam edəcəyik", - deyə səfir bildirib.
Qeyd edək ki, bu gün Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı 19 aprel 2024-cü il tarixdə əldə olunmuş razılaşma əsasında ölkəmizə geri qaytarılmış Qazax rayonunun Qızılhacılı kəndində Ermənistan tərəfindən basdırılmış minalar partlayıb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb.