05 May 2025
Bu gün saat 15:30-dək... - Əhaliyə XƏBƏRDARLIQ!

Bu gün saat 15:30-dək... - Əhaliyə XƏBƏRDARLIQ!

Bu gün saat 15:30-dək... - Əhaliyə XƏBƏRDARLIQ!

01 Fevral 2025 10:44 | Baxış sayı: 363

Lənkəran Elektrik Şəbəkəsinin ərazisində yerləşən 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyasından qidalanan 10 kV-luq 2 saylı hava xəttində təmir işlərinin aparılması ilə əlaqədar fevralın 1-də elektrik xətləri sifarişə əsasən açılacaq.


AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.


Bildirilib ki, bununla əlaqədar olaraq saat 13:30-dan saat 15:30-dək şəhərin Səttar Xan, Həzi Aslanov, Zərifə Əliyeva küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.