Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
13 saat əvvəlBu ölkədə təhsil alanların diplomları TANINMAYACAQ - Abituriyentlərin DİQQƏTİNƏ!
09 Aprel 2024 08:18 | Baxış sayı: 514
"Ukraynada təhsil almağı məsləhət görmürük".
AJMEDİA.İNFO xəbər verir ki, bunu TKTA-nın departament direktoru Aysel Kərimli deyib.
O bildirib ki, bəzi abituriyentlər Ukraynadakı müharibə vəziyyətindən sui-istifadə edir:
"Biz sadəcə Ukraynada müharibə başlayanda sonuncu kursda təhsil alan tələbələrə güzəşt etdik. Lakin indi Ukraynada təhsil almağı tövsiyə etmirik. Çünki abituriyentlər qəbul olur, 1 il sonra Azərbaycana transfer olmaq istəyir. Bu da problem yaradır. Hansı tarixdən etibarən Ukraynada təhsil alanların diplomlarının tanınmayacağını yaxın vaxtlarda elan edəcəyik".(Sfera.az)