Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
18 saat əvvəlBu rayona gedən qatarın yola düşmə vaxtı DƏYİŞDİRİLDİ
18 Fevral 2025 15:25 | Baxış sayı: 265
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Balakən-Bakı marşrutundan istifadə edən sərnişinlərin daha rahat minib-düşməsini təmin etmək üçün hərəkət cədvəlində müəyyən tənzimləmələr tətbiq edib.
AJMEDİA.İNFO bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Bildirilir ki, stansiya və dayanacaqlarda qatarların dayanma müddəti artırılıb.
Bununla yanaşı, bu xətt üzrə Balakəndən Bakı istiqamətində hərəkət edən qatarın yola düşmə vaxtı 22:10-dan 22:00-a dəyişdirilib.