Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
14 saat əvvəlBu yollarda təmir gedir - Sürücülərin NƏZƏRİNƏ!
28 Fevral 2025 12:15 | Baxış sayı: 356
Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində və Yasamal rayonu, Moskva prospektində yolda aidiyyəti dövlət qurumu tərəfindən təmir işləri aparılır.
Bu barədə AJMEDİA.İNFO-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Qeyd edilən yollardan metronun “Koroğlu” stansiyası və “Xırdalan” dairəsi istiqamətlərində hərəkət edən nəqliyyat vasitələrinin sürücülərindən diqqətli olmaları tövsiyə edilir.