14 May 2025
Bundestaq ordunun Nigerdəki missiyada iştirakını təsdiqləyib

Bundestaq ordunun Nigerdəki missiyada iştirakını təsdiqləyib

Bundestaq ordunun Nigerdəki missiyada iştirakını təsdiqləyib

28 Aprel 2023 18:45 | Baxış sayı: 507

Bundestaq Almaniya Silahlı Qüvvələrinin Avropa İttifaqının Nigerdəki missiyasında iştirakını təsdiqləyib.

Bundesverin məhdud kontingentinin Nigerə göndərilməsinin lehinə 531 deputat, əleyhinə 102 deputat səs verib, 5 deputat isə bitərəf qalıb.

Mandat 21 may 2024-cü ilə qədər davam edəcək. Missiya Almaniyanın 60-a qədər hərbi silahlı qüvvələrini əhatə edə biləcək.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Avropa İttifaqı Nigerə üçillik missiya göndərmək qərarına gəlib. Onun məqsədi Niger Silahlı Qüvvələrini hazırlamaq, hərbi qurumları dəstəkləmək və silah təchizatıdır. Vəsaitlər Avropa Sülh Fondundan ayrılacaq.