05 May 2025
Çexiya Nazirlər Kabineti 250-yə yaxın PDM alınmasını təsdiqləyib

Çexiya Nazirlər Kabineti 250-yə yaxın PDM alınmasını təsdiqləyib

Çexiya Nazirlər Kabineti 250-yə yaxın PDM alınmasını təsdiqləyib

24 May 2023 12:54 | Baxış sayı: 363

Çexiya hökuməti çərşənbə günü ölkənin Silahlı Qüvvələri üçün İsveç istehsalı olan 246 ədəd “CV90” markalı piyadaların döyüş maşınının (PDM) alınmasını təsdiqləyib.

Bu barədə CTK agentliyi məlumat yayıb.

Birbaşa dövlət sifarişi şəklində həyata keçiriləcək müqavilənin dəyəri 59,7 milyard kron (təxminən 2,6 milyard avro) təşkil edəcək. Agentliyin məlumatına görə, bu, Çexiya ordusunun tarixində ən bahalı müqavilədir və dövlət üçün ən əhəmiyyətli maliyyə xərclərindən biridir.

Çexiya KİV-inin daha əvvəl xəbər verdiyi kimi, İsveçdən PDM alınması ilə bağlı danışıqlara başlamaq qərarı Çexiya hökuməti tərəfindən 2022-ci ilin iyulunda verilib. Müqavilə hökumətlərarası sazişin bağlanması yolu ilə həyata keçiriləcək.