Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
20 saat əvvəlÇin kosmosa yeni eksperimental peyk buraxıb
10 İyul 2023 05:49 | Baxış sayı: 489
Çin ölkənin şimal-qərbindəki Tsyutsyuan kosmodromundan kosmosa yeni sınaq peykini uğurla buraxıb.
Bu barədə “Sinxua” agentliyi xəbər verir.
Bu eksperimental peyk 9 iyul bazar günü “Çançjen+2C” daşıyıcı raketi ilə buraxılıb. O, artıq planlaşdırılan orbitinə çatıb.
Kosmik gəmi peyk internet texnologiyaları üçün sınaq missiyaları həyata keçirəcək. Qeyd olunur ki, bu buraxılış “Çançjen+2C” seriyalı daşıyıcının 478-ci uçuşu olub.