Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
17 saat əvvəlCon Kerri iyulun 16-19-da Çinə səfər edəcək
12 İyul 2023 11:43 | Baxış sayı: 635
ABŞ Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, sabiq dövlət katibi Con Kerri iyulun 16-19-da Çinə səfər edəcək. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Kerri Çinin iqlim dəyişikliyi məsələləri üzrə xüsusi nümayəndəsi Se Çjenxua ilə görüşəcək.
Daha əvvəl Kerri jurnalistlərə Çinə gedə biləcəyini söyləmişdi. O demişdi ki, səfər zamanı metan emissiyalarının azaldılması, Çində kömürdən istifadənin azaldılması, eləcə də meşələrin qırılması ilə bağlı məsələləri müzakirə etmək istərdi.
Xatırladaq ki, iyunun 18-19-da ABŞ Dövlət katibi Antoni Blinken, iyulun 6-9-da maliyyə naziri Janer Yellen Çində səfərdə olub.