05 May 2025
Çoxsaylı şikayətlərə görə prezident seçkisi TƏXİRƏ SALINDI

Çoxsaylı şikayətlərə görə prezident seçkisi TƏXİRƏ SALINDI

Çoxsaylı şikayətlərə görə prezident seçkisi TƏXİRƏ SALINDI

04 Fevral 2024 13:05 | Baxış sayı: 651

Seneqal prezidenti Maki Sall onlarla namizədin seçkilərdə iştirakına qadağa qoyulması ilə bağlı şikayətlər fonunda bu ay keçiriləcək seçkiləri təxirə salıb.

AJMEDİA.İNFO Lent.az-a istinadən xəbər verir ki, iki müddətdir prezident olan və yenidən namizəd olmayacağını Maki Sall yeni tarix təyin etməyib.

Fikir ayrılıqları fonunda konstitusiya şurası bir neçə namizədin, o cümlədən bəzi tanınmış siyasətçilərin seçkilərdə iştirakına qadağa qoyub.

Sall bildirib ki, “bu təlatümlü şərtlər səsvermənin nəticələrinə ciddi təsir göstərə bilər”.

Əlavə edib ki, o, “Seneqalda azad, şəffaf və əhatəli seçkilərə şərait yaratmaq üçün açıq milli dialoqa” təşəbbüs göstərəcək.

Yekun siyahıda 20 namizəd olub, lakin fevralın 25-nə planlaşdırılan ilkin səsvermədən kənarda qalanlar arasında ən diqqət çəkəni müxalif siyasətçi Usman Sonko idi.

Sonko böhtan ittihamı ilə seçkidən kənarlaşdırılıb. Bir sıra məhkəmə işi ilə üzləşən müxalifət lideri bildirib ki, onun prezidentliyə namizədliyini əngəlləmək məqsədi daşıyan kampaniyanın qurbanı olub.

Keçmiş prezidentin oğlu Karim Vade də Seneqalla yanaşı Fransa vətəndaşı olduğu deyildiyi üçün onun da iştirakına imkan verilməyib. O, ittihamı “qalmaqallı” adlandırıb.