Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
13 saat əvvəlDağıntılar altından xilas edilən uşaq xilasedicilərdən elə bir şey istədi ki… – VİDEO
09 Fevral 2023 09:59 | Baxış sayı: 631
Türkiyənin Adıyaman şəhərində 70 saatdan sonra dağıntılar altından bir azyaşlı sağ çıxarılıb.
AJMEDİA.İNFO xəbər verir ki, dağıntılar altından sağ çıxarılan Əhməd adlı uşağın xilasedicilərdən ilk istəyi isə hamını təəccübləndirib.
Belə ki, 7 yaşlı uşaq ilk olaraq “saqqızın varmı?” sualı ilə xilasetmə qrupuna müraciət edib.
Həkim qruplarına təhvil verilən uşaq xəstəxanaya aparılıb.