05 May 2025
Dağlıq rayonlarda 8 dərəcə şaxta var - FAKTİKİ HAVA

Dağlıq rayonlarda 8 dərəcə şaxta var - FAKTİKİ HAVA

Dağlıq rayonlarda 8 dərəcə şaxta var - FAKTİKİ HAVA

18 Dekabr 2024 10:20 | Baxış sayı: 257

Dekabrın 18-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AJMEDİA.İNFO-ya verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Bəzi yerlərdə güclü qərb küləyi əsib.

Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında və Şəkidə 25 m/s, Naftalanda 24 m/s, Ağsuda 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Ağdam, Şahdağ, Kəlbəcər, Bərdədə 20 m/s, Şabran, Mingəçevir, Tərtər, Daşkəsən, Altıağac, Qəbələdə 18 m/s, Yardımlıda 17 m/s, Zəngilanda 15 m/s-dək güclənib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.