Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
17 saat əvvəlDamla Xırdalanda hücuma məruz qaldı - VİDEO
05 İyun 2023 16:02 | Baxış sayı: 554
Damla ləqəbi ilə məşhurlaşan müğənni Məsumə Məmmədovanın başına iş gəlib.
Sənətçi Xırdalanda qatıldığı mağazanın açılışında pərəştişkarların hücumuna məruz qalıb.
Yüzdən çox fanat Damlanın açılışda iştirak edəcəyini eşidər-eşitməz ora axın edib.
Müğənni, sözün əsl mənasında mağazaya nə daxil ola, nə də ki oradan çıxa bilib. Mühafizə xidməti isə Damlanı qorumaq üçün fanatları məkandan uzaqlaşdırmağa çalışıb. Lakin onlar ifaçını yaxından görüb, şəkil çəkdirmək istəyindən vaz keçməyiblər.
Damla üzləşdiyi gərgindolu vəziyyətdən qorxu, eyni zamanda həyacan keçirib. Heyrətdən yerində donub qalan müğənni bu qədər fanat sevgisinə qarşılıq verərək, onlarla foto çəkdirib.
Həmin anlar lentə alınaraq sosial şəbəkələrdə "viral" olub.Bizim.Media