Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
Cümə axşamı 13:01Danimarka Ukraynanın bərpası üçün bir milyard avro ayırır
28 Aprel 2023 23:45 | Baxış sayı: 551
Danimarka hökuməti 2023-cü il üçün Ukraynaya yeni dəstək proqramına başlayıb. Proqram çə.rçivəsində 1 milyard avro vəsaitin ayrılmasını nəzərdə tutur.
Bunu Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Odessada Ukrayna, Latviya, Estoniya, İslandiya, Litva, Norveç, İsveç və Finlandiyadan olan həmkarları ilə birgə brifinq zamanı deyib.
“Proqramın əsas məqsədi Ukraynanın bərpasıdır. Bu proqramda Nikolayevin yenidən qurulması xüsusi yer tutacaq” deyə o, proqramın dəyərinin 1 milyard avro olduğunu əlavə edib.