Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
12 saat əvvəlDəhşətli qəzaya düşən bloger "Nikosayağı"nın atasından AÇIQLAMA: "Renaimasiyadadır, dostu isə..."
15 Avqust 2023 06:12 | Baxış sayı: 607
Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin törətdiyi qorxunc yol-nəqliyyat hadisəsi ilə bağlı atası məlumat verib.
AJMEDİA.İNFO xəbər verir ki, blogerin atası, tanınmış nevropatoloq Nafiz Mütəllimov Oxu.Az-a açıqlamasında oğlunun hazırda reanimasiyada olduğunu bildirib:
“Nicatın qolu amputasiya olunub. Hələ ki reanimasiyadadır. Hadisədən biz sonradan xəbər tutduq. O, dostu ilə şəhərə gedirmiş, TIR-ın altına giriblər. Mərdəkan tərəfdən gəlirmişlər. Maşında iki nəfər olublar. Dostu rəhmətə gedib. Allah rəhmət eləsin!”
Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi başladılıb.