05 May 2025
Deputatlığa namizəd Günay Ağamalının seçicilərlə görüşü davam edir

Deputatlığa namizəd Günay Ağamalının seçicilərlə görüşü davam edir

Deputatlığa namizəd Günay Ağamalının seçicilərlə görüşü davam edir

23 Avqust 2024 07:31 | Baxış sayı: 346

Deputatlığa namizəd Günay Ağamalı 22 Avqust 2024-cü ildə Salyan rayonunun Babazanlı qəsəbəsinin fərdi yaşayış evində seçicilərlə görüşdü. Günay Ağamalının vəkilləri Əməkdar müəllim Fərqanə Cəbrayılova, şəhid anası Arzu Quliyeva, Günaydın Əhədova, Elçin Quliyev, könüllü Sudeyf Fərhadov, Ana Vətən Partiyasının Abşeron rayon təşkilatının Gənclər Birliyinin sədri Jalə Paşayeva namizədin tərcümeyi-halı və fəaliyyəti haqqında görüş iştirakçılarına ətraflı məlumat verdilər.

Görüşə gəldiklərinə və qonaqpərvərliyə görə seçicilərə minnətdarlığını bildirən Günay Ağamalı təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi bütün görüşlərində salyanlılardan böyük dəstək, xoş münasibət gördüyünü söylədi, onların millətinə, dövlətinə sadiq insanlar olduqlarını böyük məmuniyyətlə qeyd etdi.

Daha sonra, G.Ağamalı seçki platformasını görüş iştirakçılarının diqqətinə çatdırdı və deputat seçiləcəyi təqdirdə onlarla bərabər olacağını önə cəkdi.
Görüşdə seçicilər Minaxanım Hacıyeva, Anar Hacıyev, Lətif Zərbəliyev, Mahirə Hüseynova və digər çıxış edənlər sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilərdə fəal iştirak edəcəklərini və G.Ağamalıya səs verəcəklərini bildirdilər.
Günay Ağamalının 65 saylı Salyan- Biləsuvar-Neftçala seçki dairəsində görüşləri davam edir.

​​​​​​