Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
13 saat əvvəlDİN-dən metroda terror olacağı iddiasına REAKSİYA
06 Mart 2023 14:00 | Baxış sayı: 543
Sosial şəbəkələrdə Bakı metrosunda terror aktının törədiləcəyi barədə səs yazısı yayılıb. Səs yazısında yaxın günlərdə metroda terror aktının baş verəcəyi iddia edilib və kimliyi bəlli olmayan şəxs vətəndaşları mümkün qədər metrodan istifadə etməməyə çağırıb.
AJMEDİA.İNFO xəbər verir ki, Modern.az insanlar arasında təşviş yaradan səs yazısı ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) münasibət öyrənib.
DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev açıqlamasında bildirib ki, sözügedən səs yazısı araşdırılır.