Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
10 saat əvvəlDSMF-yə sədr təyin olundu - FOTO
16 Aprel 2025 12:06 | Baxış sayı: 488
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinə sədr təyin olunub.
AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı nazir Anar Əliyev Əmr imzalayıb.
Əmrə əsasən, Zəka Aqil oğlu Mirzəyev DSMF-nin İdarə Heyətinin sədri vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, 47 yaşlı Z.Mirzəyev bu təyinatadək Fondun İdarə Heyətinin sədr müavini olub.
Xatırladaq ki, DSMF-nin əvvəlki sədri Himalay Məmişov ötən gün Prezidentin Sərəncamı ilə maliyyə nazirinin müavini təyin edilib.