Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
15 saat əvvəlDTX Vardanyanın ittiham olunduğu maddələri AÇIQLADI
28 Sentyabr 2023 07:17 | Baxış sayı: 662
Dövlət Təhlükəsizliyi Xidməti Ruben Vardanyana Cinayət Məcəlləsinin hansı maddələri ilə cinayət işinin başlanmasını açıqlayıb.
AJMEDİA.İNFO xəbər verir ki, Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.