Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
14 saat əvvəlDünya ulduzu Bakıya gəlir - “Qarabağ” AÇIQLADI + FOTO
09 Oktyabr 2024 13:53 | Baxış sayı: 510
Futbol tarixinə qızıl hərflərlə yazılmış ulduz futbolçu Mesut Özil "Qarabağ" klubunun qonağı olacaq.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, oktyabrın 11-də "Azersun Arena"da keçiriləcək açıq məşq zamanı Mesut Özil də iştirak edəcək.
Tədbir saat 16:30-da başlayacaq və hazırlıqdan sonra Özil, "Qarabağ"ın futbolçuları ilə üz-üzə gələcək. Şou xarakterli bu tədbirə giriş sərbəstdir və futbol azarkeşləri üçün əlamətdar bir gün olacaq.