Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
20 saat əvvəlƏks hücum əməliyyatları başlayıb
25 May 2023 07:06 | Baxış sayı: 471
“Ukrayna hərbçilərinin əks-hücum əməliyyatı artıq başlayıb”.
Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib.
O bildirib ki, bütün sərhəd xətti boyunca şiddətli döyüşlər gedir:
“Əks-hücum əməliyyatları artıq bir neçə gündür davam edir”.
Podolyakın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə zərbə endirməyəcək:
“Biz yalnız işğal olunmuş ərazilərin azad edilməsi üçün çalışırıq. Biz silahlardan Donbas və Krımda Rusiyanın mövqelərini məhv etmək üçün istifadə edirik”.