Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
20 saat əvvəlEkstremistlərin hücumu nəticəsində azı 4 polis ölüb
30 Mart 2023 18:50 | Baxış sayı: 575
Pakistanda ekstremistlərin Lakki Marvat bölgəsində yerləşən nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində azı 4 polis ölüb, 6-sı yaralanıb.
Bu barədə yerli polis idarəsi məlumat yayıb.
Bildirilib ki, hadisə bu gün səhər saatlarında baş verib. Ekstremistlər nəzarət-keçid məntəqəsinə hücum ediblər və nəticədə atışma olub. Polis bölməsindən nəzarət-buraxılış məntəqəsinə gedən yolda yerləşdirilmiş partlayıcının işə düşməsi nəticəsində 4 polis həlak olub.
Qeyd olunub ki, polislər ekstremistlərin hücumunu dəf edə bilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində əməliyyat-axtarış tədbirləri həyata keçirir.