Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
16 saat əvvəlElgizdən ŞOK AÇIQLAMA: Hacıbaba Bağırovun yas mərasiminə LÜMLÜT GƏLMİŞDİ – VİDEO
07 Noyabr 2023 10:18 | Baxış sayı: 1041
Aparıcı Elgiz Əkbər yas mərasiminə açıq-saçıq geyimdə gələn sənətçidən danışıb.
AJMEDİA.İNFO xəbər verir ki, o, hadisənin mərhum Xalq artisti Hacıbaba Bağırovun yas mərasimində yaşandığını bildirib:
“Mən o qadının adını çəkməyəcəyəm. Çünki ona hörmətim var. Amma yas mərasiminə elə bir formada gəlmişdi ki… Şok oldum. Təkcə mən yox, mərasimdə olanların hamısı onu bu halda görüb ağzı açıq qalmışdı.
Orada bütün sənət adamları vardı. Birdən qapı açıldı, bu qadın içəri girdi. Hamı səsini kəsdi. Hətta ağlayanlar da ağlamağını dayandırdılar, çönüb içəri girən qadına baxdılar.
İnanırsınız, ağzımız açıq qaldı ki, bu nədir? Həmin qadın sənətçi yas mərasiminə demək olar ki, lümlüt gəlmişdi. Adını açıqlamaq istəmirəm”.