Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
18 saat əvvəlƏmrahın oğlu nişanında "Yaşa, Azərbaycan" mahnısına OYNADI -VİDEO
30 Yanvar 2023 07:23 | Baxış sayı: 830
Türkiyənin məşhur müğənnisi Emrahın oğlu Tayfun Erdoğan nişanlanıb.
AJMEDİA.İNFO xəbər verir ki, müğənninin illərdir küsülü olduğu oğlu Tayfun nişan mərasimində "ata yoxdur, ata kimi adamlar var burada", - deyə, atası haqqında söyləyib.
Bundan əlavə, Eda adlı xanımla nişanlanan Tayfun xoş günündə "Yaşa, Azərbaycan" mahnısına oynadığı görüntülər sosial mediada yayılıb.
Xatırladaq ki, 1991-ci ildə doğulan Tayfun Erdoğanın atasının Emrah olduğu DNA testi nəticəsində bəlli olmuşdu.
Qeyd edək ki, Emrah mirasında oğlu Tayfunun heç bir haqqı olmadığına dair vəsiyyətnaməsinə imza atıb və bu, ata-oğul arasında münaqişəyə səbəb olub.
(lent.az)