05 May 2025
Ən qısqanc bürclər - Onlardan uzaq durun

Ən qısqanc bürclər - Onlardan uzaq durun

Ən qısqanc bürclər - Onlardan uzaq durun

07 Mart 2024 07:36 | Baxış sayı: 544

Bəzi bürclərin qısqanclıq hissləri onların şəxsi münasibətlərində problemlər yarada bilir. Astroloqlar bu barədə 3 bürcün xüsusiyyətlərinin nəzərə alınmalı olduğunu düşünürlər.

AJMEDİA.İNFO xarici mediaya istinadən bildirir ki, astrologiyaya görə, qısqanclığı qəbul edə bilməyən insanlar bu bürclərlə münasibətə başlamadan əvvəl iki dəfə düşünməlidirlər:

Şir - rəqabət aparmağı və daim lider olmağı sevən şirlərin bu xüsusiyyətləri əlbəttə ki, sevgi münasibətlərinə də təsir göstərir. Onlar bir çox hallarda sevdikləri şəxsi ən yaxın dostlarına belə qısqana bilirlər.

Buğa - onların qısqanc olmalarının səbəbi insanlara güvənə bilməmələridir. Güvənsələr belə, partnyorlarının sırf ona aid olmasını arzulayırlar. Onlar təkcə sevdikləri insanı yox, dostlarını da qısqanırlar.

Xərçəng - onların sahiblənmə duyğusu yüksəkdir, qayğıkeşdilər. Bunun qarşılığında isə sadəcə ona aid olmağınızı istəyirlər. Əgər o sizin üçün həyatda öncəlik olmayacaqsa, münasibətiniz bitə bilər.