Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
7 saat əvvəlƏrəb klubundan Ronaldoya daha 2 illik müqavilə TƏKLİFİ
11 Aprel 2025 13:24 | Baxış sayı: 600
40 yaşlı 5 qat "Qızıl top" sahibi Kriştiano Ronaldo ərəb klubu "Əl-Nəsr"la yeni müqavilə imzalamağa yaxındır.
AJMEDİA.İNFO lent.az-a istinadən xəbər verir ki, əfsanəvi futbolçuya əməkdaşlığı daha iki il uzatmaq təklif olunub.
Qeyd edək ki, Ronaldo 2023-cü ilin əvvəlində "Əl-Nəsr"ə keçib və o vaxtdan bəri bütün yarışlarda 98 oyun keçirib, 88 qol vurub. Bununla belə, komanda hələ ki heç bir böyük kubok qazanmayıb.
Ronaldonun "Əl-Nəsr"lə müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir. O, əvvəllər "Mançester Yunayted", "Yuventus", "Real" və "Sportinq Lissabon"da çıxış edib.