Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
21 saat əvvəlErmənistan Fransadan silah alır - Sazişlər bu gün bağlanacaq
22 Oktyabr 2023 05:10 | Baxış sayı: 660
Fransa və Ermənistan İrəvan tərəfindən fransız silahlarının alınmasına dair razılaşmalar formalaşdırmaq niyyətindədirlər.
AJMEDİA.İNFO “Le Parisien”ə istinadla xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib.
Nazir qeyd edib ki, Ermənistan öz əhalisini qorumalı, sərhədlərinin təhlükəsizliyini təmin etməlidir:
“Bazar günü Ermənistan Respublikasının fransız istehsalçılarından müəyyən miqdarda silah almasını rəsmiləşdirəcəyik”.
O qeyd edib ki, söhbət xüsusilə Ermənistan Respublikasının hava məkanını qoruyacaq müqavilənin imzalanmasından gedir.