05 May 2025
Ermənistan parlamenti Aİ-yə üzvlüyə dair layihəni təsdiqlədi

Ermənistan parlamenti Aİ-yə üzvlüyə dair layihəni təsdiqlədi

Ermənistan parlamenti Aİ-yə üzvlüyə dair layihəni təsdiqlədi

12 Fevral 2025 19:00 | Baxış sayı: 416

Ermənistan parlamenti “Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.
AJMEDİA.İNFO xəbər verir ki, 63 nəfər layihənin lehinə, 7 nəfər əleyhinə səs verib. Bitərəf qalan olmayıb.

Müxalifətin “Hayastan” fraksiyası səsvermədə iştirak etməyib. İkinci ən böyük müxalifət fraksiyası olan “Şərəfim var” layihənin əleyhinə səs verib.

Qanun layihəsini təşəbbüsün müəlliflərindən biri, Ədliyyə Nazirliyinin keçmiş rəhbəri, “Respublika” partiyasının siyasi şurasının üzvü Artak Zeynalyan təqdim edib.

Səsvermə yerli televiziya kanalları ilə canlı yayımlanıb.

Qeyd edək ki, yanvar ayında Ermənistan hökuməti ölkənin Avropa İttifaqına daxil olması prosesinə başlamaq üçün qərar layihəsini təsdiqləyib.//yeniavaz.com