05 May 2025
Ermənistan və Gürcüstan Putinin həbsini dəstəkləyən sənədi imzaladı

Ermənistan və Gürcüstan Putinin həbsini dəstəkləyən sənədi imzaladı

Ermənistan və Gürcüstan Putinin həbsini dəstəkləyən sənədi imzaladı

06 Sentyabr 2024 19:05 | Baxış sayı: 429

Ermənistan və Gürcüstan Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi üçün Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderini dəstəkləyən Avropa Şurasının (AŞ) bəyannaməsini imzalayıblar.
AJMEDİA.İNFO xəbər verir ki, sənəd AŞ-nin saytında dərc olunub.

Assosiasiyanın mətbuat xidmətinin bəyanatına görə, bəyannamə Ukraynadakı münaqişə ilə bağlı “kritik ədalət problemlərinin həlli” prinsiplərini müəyyən edir. Litvanın sədrliyi ilə keçirilən iclasda AŞ-yə üzv və müşahidəçi dövlətlərin ədliyyə nazirləri sənədi qəbul ediblər.

Bəyannaməni Ermənistan və Gürcüstanla yanaşı, Litva, Latviya, Estoniya, Ukrayna və Moldova, həmçinin ABŞ, Kanada, Almaniya, Fransa, Böyük Britaniya və bir sıra digər ölkələr dəstəkləyib. Eyni zamanda Azərbaycan, Türkiyə, Macarıstan, Bosniya və Herseqovina, Slovakiya və Serbiya sənədi dəstəkləməyiblər.

Xatırladaq ki, 2023-cü il martın 17-də BCM Putinin həbsinə order verib. Bu qərar Ukraynadakı vəziyyətlə əlaqədar qəbul edilib. Rusiya Roma Statutunun tərəfi deyil və BCM-nin qərarını tanımır.//Yeniavaz.com