Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
9 saat əvvəlƏvvəlki illərin məzunları üçün qəbul imtahanlarının vaxtı AÇIQLANDI
29 Dekabr 2023 12:09 | Baxış sayı: 547
Əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının vaxtı açıqlanıb.
Bu barədə AJMEDİA.İNFO-ya Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Qeyd edilib ki, 14 aprel 2024-cü il tarixində aşağıdakı imtahanlar keçiriləcək:
- Əvvəlki illərin məzunları üçün I, II, III və IV qruplar üzrə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik bazadan kolleclərə qəbul imtahanı
- Ali təhsil müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil və ya fərqli bölmə üzrə iştirak etmək istəyən XI sinif şagirdləri üçün əlavə imtahan
- Eksternat qaydasında buraxılış imtahanı
5 may 2024-cü il tarixində isə aşağıda qeyd olunan imtahanlar keçiriləcək:
- Əvvəlki illərin məzunları üçün 9 illik bazada kolleclərə qəbul imtahanı
- Kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil və ya fərqli bölmə üzrə iştirak etmək istəyən IX sinif şagirdləri üçün əlavə imtahan
Eksternat qaydasında buraxılış imtahanı
Qeyd olunub ki, DİM tərəfindən keçiriləcək digər imtahanların qrafiki 2024-cü ilin yanvar ayı ərzində paylaşılacaq.