Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
19 saat əvvəl“Exit-poll”: Yunanıstanda parlament seçkilərində Baş nazirin partiyası öndədir
25 İyun 2023 23:33 | Baxış sayı: 477
Yunanıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, iyunun 25-də keçirilən seçkilərdən sonra ölkə parlamentinə 8 partiya daxil olur, mühafizəkar Kiriakos Mitsotakisin mühafizəkar “Yeni Demokratiya” Partiyası 40,56% səs toplayaraq 300 yerlik parlamentdə 158 yer qazanıb.
Bu barədə “Financial Times” məlumat yayıb.
Qeyd olunur ki, müxalifətdəki radikal solların koalisiyası - keçmiş baş nazir Aleksis Siprasın SİRİZA-Proqressiv Alyansı 17,84% səs və 47 mandat toplayır.
Həmçinin Ümumyunan Sosialist Hərəkatı PASOK 11,96%, Yunanıstan Kommunist Partiyası (KKE) isə 7,61% səs toplayıb.