05 May 2025
FHN hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutanlara müraciət edib

FHN hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutanlara müraciət edib

FHN hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutanlara müraciət edib

07 Avqust 2024 06:45 | Baxış sayı: 294

Fövqəladə Hallar Nazirliyi (FHN) küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edib.

Bu barədə FHN-dən bildirilib.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün və sabah ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında havanın küləkli olacağı, küləyin arabir güclənəcəyi gözlənilir.

Qeyd olunanları nəzərə alaraq, FHN bir daha əhaliyə müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladıb və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.