05 May 2025
Fransa Konstitusiya Şurası pensiya yaşının 62-yə endirilməsi ilə bağlı referendum tələbini rədd edib

04 May 2023 02:56 | Baxış sayı: 619

Fransa Konstitusiya Şurası parlamentarilərin pensiya yaşının 62-yə endirilməsi ilə bağlı referendumun keçirilməsi tələbini rədd edib.

Bu barədə Konstitusiya Şurası məlumat yayıb.

Məlumata görə, Fransanın keçmiş baş naziri Loran Fabiusun sədrlik etdiyi və ümumilikdə 9 üzvdən ibarət Konstitusiya Şurası pensiya yaşının aşağı salınması ilə bağlı referendumun keçirilməsi tələbini müzakirə edib.

Referendum tələbinin Fransa konstitusiyasının 11-ci maddəsinə əsasən “islahat” təşkil etmədiyi səbəbi ilə rədd edildiyi bildirilib.

Konstitusiyanın 11-ci maddəsinə əsasən, prezident və müəyyən sayda parlamentarilər Fransanın iqtisadi və ya sosial siyasətində islahatlar təklif edə bilərlər.

Xatırladaq ki, Pensiya islahatının əleyhinə olan 253 deputat pensiya yaşının 62-yə endirilməsi ilə bağlı referendum keçirilməsi tələbini aprelin 13-də Konstitusiya Şurasına təqdim etmişdi.