Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
19 saat əvvəlFransa ordusu erməni hərbçilərinə dağ şəraitində döyüş kursları keçəcək
22 Fevral 2024 15:55 | Baxış sayı: 511
Fransa ordusunda erməni hərbçilərinə dağ şəraitində döyüş kursları keçiriləcək.
Yenisabah.az “Le Figaro”ya istinadla xəbər verib ki, ötən ilin oktyabr ayında iki ölkə hərbi sahədə əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb. Memoranduma 3 ədəd Fransa istehsalı “Ground Master” radarının, həmçinin gecəgörmə cihazlarının alınması üçün müqavilələr əlavə edilib.
Anlaşmaya əsasən, Fransa Silahlı Qüvvələri üç mərhələdə Ermənistan Silahlı Qüvvələri üçün dağ şəraitində döyüş kursları keçirəcək.