Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
20 saat əvvəlFransa üç Afrika ölkəsindəki hərbi kontingentini azaltmaq niyyətindədir
05 İyun 2023 23:30 | Baxış sayı: 558
Fransa yaxın aylarda Afrikanın üç dövlətində yerləşən hərbi kontingentinin sayını əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır.
Bu barədə “Le Monde” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, ilin sonunadək Abidjan (Kot-d'İvuar), Dakar (Seneqal) və Librevildə (Qabon) hərbi qulluqçuların sayının “bir neçə yüz nəfər” azaldılması planlaşdırılır. Qəzet qeyd edib ki, hazırda bu ölkələrdə ümumilikdə 1,7 minə yaxın Fransa hərbçisi var.
Eyni zamanda vurğulanıb ki, 1,5 min əsgərin olduğu Cibutidəki hərbi kontingent planlaşdırılan ixtisara tabe deyil.