Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
20 saat əvvəl“Gəlirləri azalıb, ona görə qalmaqal axtarırlar...” – Turan İbrahimov özəl kanalları qınadı
01 Noyabr 2023 11:37 | Baxış sayı: 494
“Mövsüm başlayan kimi özəl televiziyalarda sanki qırğındı, ölüm-qalım mübarizəsi gedir”.
AJMEDİA.İNFO bildirir ki, bunu tanınmış aparıcı Turan İbrahimov deyib.
O, qeyd edib ki, özəl kanalların qalmaqallı veriliş fraqmentləri yayılır, müzakirə edilir və qınanılır:
“Çünki bu mövsüm tamaşaçıları daha da azalıb, reklam büdcələri kiçilib, kanallar o büdcələri özlərinə cəlb etmək üçün daha çox səs-küy salmaq məcburiyyətində qalıblar. Əks halda, qazancları daha da azalacaq”.
T.İbrahimov qeyd edib ki, artıq televiziyaya baxanların nisbəti çox aşağı düşüb:
“6-7 il öncə daha böyük rəqəmlər və faizlər olurdu. Ən kədərlisi də odur ki, yerli kanallarımıza baxanların nisbəti lap aşağı düşüb”.